...

Konstitusiya Məhkəməsinin sədri: "Dağlıq Qarabağda referendumun keçirilməsi məsələsinin müzakirə edilməsinin vaxtı deyil"

Cəmiyyət Materials 26 Aprel 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı bu bölgədə referendumun keçirilməsi üçün Azərbaycan Konstitusiyasında dəyişiklik edilməli, referendum keçirilməli və bunun üçün ya ölkə prezidentinin qərarı olmalıdır, ya da Milli Məclis deputatlarının ücdə ikisinin səs çoxluğu ilə qərar qəbul etməsi lazımdır. Bu barədə cümə günü Bakıda Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məlumat verib: "Qanuna görə bundan sonra Konstitusiya Məhkəməsi məsələyə rəy verir və sonra referendum keçirilir".

Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsi üçün referendumun keçirilməsinin müzakirəsinin vaxtı deyil.

O qeyd edib ki, Azərbaycanda referendumun keçirilməsinin əsasları qanunda öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti