...

"Trend" İA-nın keçirdiyi "Xalq jurnalisti" müsabiqəsinin ilk qalibi müəyyənləşib (video)

Cəmiyyət Materials 4 May 2007 17:24 (UTC +04:00)
"Trend" İA-nın keçirdiyi "Xalq jurnalisti" müsabiqəsinin ilk qalibi müəyyənləşib (video)

Azərbaycan, Bakı / Trend / Trend İnformasiya Agentliyi "Xalq jurnalisti" müsabiqəsinin ilk qalibini müəyyənləşdirib. Qalib adını Fuad Süleymanlı qazanıb. O "Qəfəs-1" realiti-şou iştirakçılarının birinin vəfatı ilə bağlı xəbəri operativ çatdırıb.

Müsabiqədə birinci yer "Xalq jurnalisti" layihəsi çərçivəsində TREND NEWS şirkətinin veb-saytlarındakı informasiyalara neçə dəfə baxılması əsasında müəyyənləşdirilib.

Süleymanlıya mükafat olaraq SonyEricsson K750i mobil telefonu bağışlanıb.

Müsabiqə davam edir.

Əgər siz fövqəladə, qeyri-adi və maraqlı hadisənin şahidi olmusunuzsa, bunun foto, ya video çəkilişini əldə edə bilibsinizsə, habelə çoxlarını maraqlandıra biləcək informasiyaya maliksinizsə, onda sizin Trend İnformasiya Agentliyinin "Xalq jurnalisti" müsabiqəsinin növbəti mərhələsinin qalibi olmaq şansınız var.

Sizin SMS-lərinizi, eksklüziv foto, yaxud videokadrlarınızı (o cümlədən mobil telefonlar vasitəsilə çəkilən kadrları) gözləyirik. Bunları (+994 50) 440 44 34 nömrəsinə və ya [email protected] ünvanına göndərə bilərsiniz. Siz həmçinin materialları Əziz Əliyev, 11 ünvanında ("Azərbaycan" kinoteatrının yaxınlığında) yerləşən Trend İA-nın ofisinə gətirə bilərsiniz.

Qalib ayın yekunlarına əsasən müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti