...

Azərbaycan və Türkiyənin Konstitusiya Məhkəmələri arasında anlaşma protokolu imzalandı

Cəmiyyət Materials 10 May 2007 17:30 (UTC +04:00)
Azərbaycan və Türkiyənin Konstitusiya Məhkəmələri arasında anlaşma protokolu imzalandı

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Cümə axşamı Bakıda Azərbaycan və Türkiyənin Konstitusiya Məhkəmələri arasında anlaşma protokolu imzalandı. İmzalanma mərasimində çıxış edən Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirdi ki, Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələr bir neçə il əvvəl qurulub. Aparılan danışıqların nəticəsində bu gün tərəflər anlaşma memorondumu imzaladı. Adbullayevin sözlərinə görə, bu sənəd çərçivəsində hər iki tərəf öz qərarlarını, nəzəri işlərini qarşılıqlı şəkildə araşdıracaq, hüquqi biliklərini artıraraq bu sahədə əlaqələri də genişləndirəcəklər.

Abdullayev həmçinin qeyd edib ki, Türkiyənin Anayasa Məhkəməsinin 45 yaşı var. Azərbaycan Türkiyənin bu çoxillik təcrübəsindən yararlanacaq, özünün gündəlik təcrübəsində tətbiq edəcək: "Azərbaycanla Türkiyənin Konstitusiya Məhkəmələri arasınla böyük fərqlər var. Bu isə o deməkdir ki, hər iki ölkə bir-birinin təcrübəsini öyrənməlidir. Türkiyədə Konstitusiyaya nəzarət baxımından çox əhəmiyyətli bir presedent var. Biz bunu dərhal öyrənirik" - deyə Abdullayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti