...

Azərbaycanın ədliyyə naziri Bolqarıstanın ədliyyə nazirini qəbul edib

Cəmiyyət Materials 15 May 2007 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov çərşənbə axşamı Bakıya səfərə gəlmiş Bolqarıstanın ədliyyə naziri Georgi Petkanovu qəbul edib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Fikrət Məmmədov Azərbaycan və Bolqarıstan xalqları arasında tarixi dostluq əlaqələrinin mövcudluğunu vurğulayaraq deyib ki, iki ölkə arasındakı müqavilə-hüquq bazası münasibətlərin inkişafına təkan verir. Nazir qonağa ölkədə aparılan hüquqi islahatlar haqqında da ətraflı məlumat verib.

Petkanov bildirib ki, Bolqarıstan Azərbaycanla hərtərəfli əməkdaşlığa böyük önəm verir, xüsusilə Azərbaycanın məhkəmə-hüquq sistemində aparılan islahatlar diqqət mərkəzindədir.

Xəbər lenti

Xəbər lenti