...

Azərbaycan voleybolçuları "Spring Cup" turnirində ikinci yer tutublar

Cəmiyyət Materials 17 May 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol yığması Çexiyada başa çatmış "Spring Cup" ənənəvi beynəlxalq turnirində ikinci yerlə kifayətlənməli olub.

Əsasən gənc voleybolçulardan komplektləşdirilən komandamız finalda İspaniya yığmasına 2:3 hesabı ilə uduzub. Qeyd edək ki, millimiz bu turnirdə Pireney yarımadasının təmsilçiləri ilə iki dəfə üz-üzə gəlib və eyni hesabla yenilib.

Bununla belə, komandamız turnir cədvəlində Çexiya yığmasını, habelə Brno şəhərinin "Qala" universitetinin voleybolçularını qabaqlaya bilib. Məşqçi korpusu isə perspektivdə yığmanı gücləndirə biləcək gənc kadrları yoxlamaq imkanı qazanıb.

Xəbər lenti

Xəbər lenti