...

Rafael İsgəndərov: "Heç düşmənimə də bunu arzulamıram!"

Cəmiyyət Materials 1 İyun 2007 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun, müx. "TrendLife" Vüqar Vüqarlı/ Xəbər verdiyimiz kimi, Fərda Xudaverdiyevin "Tam sərbəst" adlı konsert proqramı tam uçurumla nəticələndi. Yarıya qədər dolan zal buna şahiddir. "TrendLife"ın müxbiri bu barədə Rafael İsgəndərovun fikrini öyrənmək istədi. Hamıya məlumdur ki, Fərda bir neçə dəfə onun "bostanınad daş atıb". Lakin Rafael həmişəkindən fərqli olaraq bu dəfə özünü çox diplomatik göstərdi. "Heç düşmənimə də bunu arzulamıram! Boş zalda, dəvatnamələrlə dəvət olunmuş insanların önündə çıxış etmək artist üçün ən böyük faciədir" - deyə Rafael fikrini bildirdi.

Xəbər lenti

Xəbər lenti