...

Azərbaycanda yeni həbsxananın tikintisinə avqustda başlanacaq

Cəmiyyət Materials 12 İyun 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Yeni həbsxananın tikintisinə bu ilin avqust ayında başlanacaq. Bu barədə çərşənbə axşamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətdən məlumat verilib. Bildirilib ki, Qobustan qapalı həbsxanasının yerləşdiyi Qobustan Dövlət Qoruğu YUNESKO tərəfindən qorunan mədəni abidələr siyahısına daxil ediləndən sonra həbsxananın oradan köçürülməsi təklif olunub. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunmasi haqqında prezidentin sərəncamı ilə həbsxananın həmin ərazidən köçürülməsi Ədliyyə Nazirliyinə tapşırılıb.

Yeni həbsxana üçün Bakı şəhərinə daha yaxın ərazidə, Umbakı qəsəbəsi yaxınlığında torpaq sahəsi ayrılıb.

Penitensiar Xidmətdən bildirilib ki, həbsxananın layihə-smeta sənədləri hazırlanır. Sənədlər hazırlanandan sonra həbsxanaın tikintisi üçün tender elan olunacaq. Bu işlərin avqusta qədər yekunlaşması və tikintiyə başlanılması nəzərdə tutulur. Həbsxananın nə vaxt hazır olacağı isə hələik məlum deyil. İlkin tikinti işləri üçün büdcədən 2 milyon manat vəsait ayrılıb. Yeni həbsxananın layihəsi hazırlanarkən onun Avropa standartlarına tam cavab verməsi nəzərdə tutulub. İlkin məlumata görə, həbsxanada 500-ə yaxın məhkum cəza çəkə biləcək. Müəssisədə ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar üçün korpus ayrılacaq.

Qobustan həbsxanasında cəza çəkən məhkumların rejim qaydalarına dəyişikliklər olunması ilə bağlı Penitensiar Xidmətin rəhbərliyi təkliflər hazırlayıb və əlaqədar qurumlara təqdim edib.

Xəbər lenti

Xəbər lenti