...

Karikaturaçılar Birliyi yeni kitab üzərində işləyir

Cəmiyyət Materials 20 İyun 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun/müx. "TrendLife" Fəridə Məhərrəmqızı/ Son vaxtlar beynəlxalq tədbirlərdə iştiraka üstünlük verən Azərbaycan Karikaturaçılar Birliyinin üzvləri təkcə bu il 40-dək beynəlxalq müsabiqəyə qatılıblar. Ölkə daxilində isə karikaturaçıların iki tədbiri keçirilib.

Birlikdən "TrendLife"a verilən məlumata görə, payızda Azərbaycanda karikaturaçıların bir neçə sərgisi təşkil olunacaq. Azərbaycan Karikaturaçılar Birliyi hazırda həm də "Müasir Azərbaycan karikaturası" adlı kitab üzərində işləyir. Təşkilatdan aldığımız məlumata görə, kitabda müasir Azərbaycan karikaturasının uğurları, problemləri, tanınmış karikaturaçılar barədə məlumatlar toplanacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə kitabın təqdimatının keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti