Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ "Lənkəran" TV-nin tezliyi üzrə elan olunan müsabiqədə alternativlik olmadığı üçün müsabiqə daha bir ay uzadılacaq. Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, həmin tezlik üzrə elan olunan müsabiqədə iştirak etmək üçün cəmi bir müraciət daxil olub. Müraciət edən "Cənub" TV adlanır. Məhərrəmli bildirib ki, növbəti müsabiqədə yenə alternativlik olmasa, MTRŞ hüququndan istifadə edərək müsabiqənin qalibini elan edəcək..
Mövcud qanunvericiliyə uyğun olaraq müsabiqədə alternativlik olmayanda vaxt uzadılır.
MTRŞ "Lənkəran" TV-nin səhmlərinin bir hissəsi Lənkəran rayon İcra hakimiyyətinə məxsus olduğundan, həmin telekanalın yayımı dayandırıb. Qanunvericiliyə görə, telekanalların səhmləri dövlət təşkilatlarına məxsus ola bilməz.