...

Parlamentin komissiya sədri: "Azərbaycanda ksnefobiya və antisemitizm meylləri yoxdur"

Cəmiyyət Materials 26 İyul 2007 13:38 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda ksnefobiya və antisemitizm meylləri yoxdur. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

"Azərbaycanda hansı antisemitizm meyllərindən söhbət gedə bilər ki, bizim komissiyanın sədr müavini milliyyətcə yəhudi əsilli millət vəkili Yevda Abramovdur. Şəxsən onun özündən də soruşsanız, o, özü bu məsələni birmənalı olaraq istisna və təkzib edər" - deyə komissiya sədri vurğulayıb. Özünün də milli azlıqların nümayəndəsi olduğunu qeyd edən Aslanova vurğulayıb ki, rəhbərlik etdiyi komissiyanın sədr müavini Abramov da milli azlıqların nümayəndəsidir: "Ümumiyyyətlə, komissiyada milli azlıqların 4 nəfər nümayəndəsi var. Bundan artıq nə ola bilər?".

Komissiya sədri deyib ki, bir müddət öncə İsrail Knessetinin nümayəndələri Azərbaycana gələrkən Qubada yaşayan dağ yəhudilərinin yaşayışı ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Və onlar bu tanışlıqdan sonra bir daha Azərbaycan haqqında yüksək təəssüratları olduqlarını, burada hər bir xalqa böyük hörmət və ehtiramla yanaşıldığını dilə gətiriblər.

Avropa Şurası Parlament Assambleyasının və ATƏT Parlament Assambleyasının yay sessiyasında Avropa məkanında antisemitizm, dini və milli ayrıseçkiliyə qarşı mübarizənin gücləndirilməsi haqqında qətnamə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti