Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Avqustun 11-də start götürəcək Azərbaycan çempionatının matçları 11 stadionda keçiriləcək.
AFF-nın yarışların təşkili departamentinin rəhbəri Məlik Həsənovun Trend ə bildirdiyinə görə, yüksək liqanın komandalarının ev oyunlarının keçiriləcəyi arenalar artıq müəyyən olunub. T.Bəhrəmov adına Respublika stadionu növbə ilə "Neftçi" və "Bakı"nın iştirakı ilə keçiriləcək oyunları qəbul edəcək. "İnter" isə ötən mövsümdə olduğu kimi "Şəfa"da oynayacaq.
Maraqlıdır ki, birinciliyin debütantı "Masallı" ev oyunlarını Ləknəranda "Xəzər"in stadionunda keçirəcək. Yüksək liqanın digər debütantı olan "Standart" isə Bakıxanov qəsəbəsindəki İ.Qaibov adına stadiona üstünlük verib.