...

Kuba boksçuları Bakıdakı mundiala gəlməyə bilərlər

Cəmiyyət Materials 10 Avqust 2007 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Kubanın boks üzrə yığması avqustun sonunda Bakıda start götürəcək gənclər arasında dünya birinciliyində iştirak etməyə bilər.

Trend in allboxing.ru saytına istinadən yaydığı xəbərə görə, Kuba lideri Fidel Kastro komandanın iri beynəlxalq yarışlardakı çıxışını qadağan edə bilər. Bu yarışlara payızda ABŞ-da keçiriləcək mundial və Pekindəki olimpiya oyunları da daxildir. Kastro boksçuların fərarilik edəcəklərindən qorxur.

Rəsmi dövlət qəzeti olan "Granma"da Kastro Kuba idmanının başbilənlərinin müxtəlif alternativləri necə nəzərdən keçirmələri barədə bəhs edib. Buraya yığmanın tərkibinin dəyişdirilməsi və mümkün sanksiyalara baxmayaraq, komandanın müxtəlif yarışlara getməsinə qadağaların qoyulması daxildir.

"Kuba olimpiya mükafatlarına görə öz mənliyi, yaxud da ideyalarını qurban vermək niyyətində deyil. İdmançılarımızın mənəviyyatı və vətənpərvərliyi bütün titullardan üstündür" - deyə Kastro vurğulayıb.

Xəbər lenti

Xəbər lenti