...

Qafqaz müsəlmanlarının Ali Şurası yaradılıb

Cəmiyyət Materials 15 Avqust 2007 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Qafqaz Müsəlmanları İdarəsi və Beynəlxalq İslam Missiyasının aktiv iştirakı ilə Bakıda Şimali Qafqaz və Cənubi Qafqazın böyük dini təşkilatları tərəfindən Qafqaz müsəlmanlarının Ali Şurası yaradılıb. Bu barədə müstəqil islam informasiya kanalı olan islam.ru məlumat yayıb.

Yeni beynəlxalq təşkilatın əsas məqsədi Rusiya, Azərbaycan və MDB-nin digər dövlətlərində yaşayan müsəlmanların dini idarələrinin əməkdaşlığında yardım göstərməkdir.

Qafqaz müsəlmanlarının Ali Şurası həmçinin ekstremizm və islamofobiyaya qarşı sahədə iş aparacaq, müsəlmanların hüquqlarının müdafiəsi, dini-mənəvi maarifçilik, gənclərin tərbiyəsi və s. istiqamətlərdə fəaliyyət göstərəcək. Şuranın sədri vəzifəsinə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, MDB dövlətlərinin dinlərarası şurasının həmsədri, şeyxülislam Hacı Allahşükür Paşazadə seçilib.

Şuranın Rəyasət Heyətinin qərarı ilə Moskvada həmçinin təşkilatın bölməsi yaradılıb.

Bölmənin sədri vəzifəsinə Beynəlxalq İslam Missiyasının prezidenti Tahir-hacı Xəlilov seçilib.

Xəbər lenti

Xəbər lenti