...

XTPD-çilərdən bir qrupu "Qarabağ müharibəsi veteranı" statusu ala bilmir

Cəmiyyət Materials 15 Avqust 2007 16:32 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) 60-a yaxın üzvü "Qarabağ müharibəsi veteranı" statusu ala bilmir. Buna səbəb onların Qarabağ müharibəsində iştirakını təsdiq edən sənədlərin olmamasıdır. XTPD üzvlərinin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Famil Süleymanov çərşənbə günü Trend ə bildirib ki, keçmiş döyüşçülər lazımi sənədləri almaq üçün Daxili İşlər Nazirliyinə müraciət etsələr də, onlara müsbət cavab verilmir. Komitə sədrinin sözlərinə görə, XTPD-çilərın bir qisminin isə pasport, hərbi bilet və digər sənədləri indiyədək onlara qaytarılmayıb. Daxili İşlər Nazirliyindən onlara bildirilib ki, istintaq vaxtı sənədlər və şəxsi işlər Baş Prokurorluğun müstəntiqləri tərəfindən alınıb və sonradan itbata düşüb.

Süleymanov bildirib ki, hazırda həbsdə 11 XTPD-çi var. Onlardan dördü ömürlük azadlıqdan məhrum edilib. Məhbuslardan ikisinin - Səxavət Hümbətov (14 il) və Akif Hüseynovun (11 il) səhhəti ağırdır və onların əfv olunması üçün hüquq müdafiəçiləri tərəfindən ölkə başçısına müraciət olunub. 8 XTPD-çi isə axtarışdadır.

1995-ci il mart hadisələrinə görə, (dövlət çevrilişinə cəhd) 340 XTPD-çi, 400 nəfərə yaxın isə XTPD-nin üzvü olmayan şəxs cinayət məsuliyyətinə cəlb olunub. Cəzalandırılan XTPD-çilərdən 200-ü əfv olunub, digərləri isə cəza müddəti bitdiyindən azadlığa buraxılıb.

Dörd XTPD-çi isə həbsdə olduğu müddətdə dünyalasını dəyişib.

Həbsdə olan XTPD-çilərdən Səxavət Hümbətov, Akif Hüseynov, Nəriman İsmayılov, Etibar Allahverdiyev, Niyazi Bayramov, Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov və Dəyanət Kərimovun adı Avropa Şurasına təqdim olunan siyasi məhbus siyahılarına daxil edilib.

Xəbər lenti

Xəbər lenti