...

Şahbuz rayonunun orta məktəblərində əlavə 74 müəllimə ehtiyac var

Cəmiyyət Materials 17 Avqust 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda orta məktəblərdə əlavə 74 müəllimə ehtiyac var. Bu barədə Trend ə Şahbuz rayonu təhsil şöbəsindən məlumat verilib.

Təhsil şöbəsi 2007-2008-ci tədris ili üçün I-XI siniflər üzrə pedaqoji kadrlara olan ehtiyac haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, növbəti tədris ilində rayonda mövcud olan 23 orta məktəbdə müxtəlif fənlər üzrə 74 müəllimə ehtiyac var.

Ən çox müəllimə ehtiyac duyulan fənn isə Gənc çağırışçıların hərbi hazırlığı fənnidir. Belə ki,bu fənn üzrə rayonda 20 müəllimə ehtiyac var.

Rayonun Ermənistanla sərhəddə yerləşən ucqar və dağ kəndi olan Şada kənd orta məktəbində isə daha çox -11 müəllimə ehtiyac var. Qeyd edək ki, hazırda Şada kəndi üçün 20 sinif otağından ibarət ikimərtəbəli 88 şagird yerlik yeni məktəb binası inşa olunur.

Xəbər lenti

Xəbər lenti