...

BQXK-nın nümayəndələri erməni əsir əsgərlə görüşüblər

Cəmiyyət Materials 23 Avqust 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ BQXK-nın nümayəndələri erməni əsir əsgərlə görüşüblər. Beynəlxalq Qırmızı Xaç Komitəsindən cümə axşamı verilən məlumata görə, monitorinq zamanı əsir Ambarsum Aşaturyanın psixoloji durumu, saxlanma şəraiti öyrənilib. Ona ailəsinə məktub yazmaq imkanı yaradılıb.

Ermənistan Ordusunun əsgəri Aşaturyan bir qədər əvvəl Azərbaycan tərəfə keçib. O, Azərbaycan tərəfə keçməsini Ermənistan Ordusundakı özbaşınalıqla əlaqələndirib əsgərlərin incidildiyini, işgəncələrə məruz qaldığını deyib. Hazırda mülki şəxs, vaxtilə Bakıda yaşamış və sonradan Dağlıq Qarabağa köçmüş Valeri Suleymanyan da Azərbaycanda əsirlikdədir. Suleymanyanın Dağlıq Qarabağa və ya Ermənistana qayıtmaq niyyəti yoxdur və o, üçüncü ölkəyə getmək istəyir.

Azərbaycan Ordusunun əsgəri Samir Məmmədov və mülki şəxslər Anar Əliyev və özünü Səməndər Quliyev kimi təqdim edən Əşrəf Cəfərov Ermənistanda əsirlikdədirlər. Mülki şəxslərin ruhi xəstə olduğu bildirilir və onların Azərbaycana verilməsi üçün BQXK-nin prezidentinə müraciət olunub.

Xəbər lenti

Xəbər lenti