Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın volebol üzrə yığmasının veteranı Yelena Şabovta Türkiyədə keçiriləcək Avropa Qran-Prisində və həmçinin Lüksemburqda və Belçikada keçiriləcək qitə çempionatında yığmaya kömək edə bilməyəcək.
Trend in verdiyi məlumata görə, tibbi müayinənin nəticələrinə əsasən oyunçunun tezliklə böyük idmana qayıtması ilə bağlı həkimlər belə bir qərar çıxarıb ki, Yelena məşqlərə oktyabrdan tez olmayaraq qayıda bilər.
Bu o deməkdir ki, dizindən aldığı zədədən sonra sağalmaqda olan Şabovta mövsümün bütün böyük startlarını buraxmalı olacaq. Lakin yığmanın baş məşqçisi Faiq Qarayev voleybolçunun köməyinə böyük ümid bəsləyirdi və onun yığmanın tərkibinə cəlb olunmasında maraqlı idi. Şabovta axırıncı dəfə yığmanın tərkibində ötən il Yaponiyada keçirilən dünya çempionatında çıxış edib.