...

FK "Xəzər" Azərbaycan çempionatında rekordları qırır

Cəmiyyət Materials 29 Avqust 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Xəzər" futbol klubu Azərbaycan çempionatında yeni şəxsi rekorda imza atıb.

Lənkəranlıların saytının verdiyi məlumata görə, ölkə kuboku və çempionatın oyunları nəzərə alınmaqla, üçüncü turda "Qarabağ" üzərində səfər qələbəsi (2:0) Ağasəlim Mircavadovun yetirmələri üçün sayca ardıcıl olaraq on birinci olub. Əgər bilavasitə daxili birinciliyi nəzərə alsaq, bu qalibiyyət komanda üçün artıq doqquzuncudur. Nəzərə alınsa ki, "Xəzər" inamla liderliyini qoruyub saxlayır, güman etmək olar ki, komanda qələbə seriyasını davam etdirəcək.

Lənkəranlıların öncəki müvəffəqiyyəti on qələbə idi. Bu qələbələr 2004-cü ilin dekabrından 2005-ci ilin aprelinədək qazanılıb. O zaman da komandaya Rasim Kara rəhbərlik edirdi. Kara hazırda "Qarabağ"ın baş məşqçisidir.

Xəbər lenti

Xəbər lenti