...

Azərbaycanın prodüsser məkrəzi "Yeni dalğa" layihələrinin təqdimatına hazırlaşır

Cəmiyyət Materials 10 Sentyabr 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /müx. "TrendLife", müxbir Eldar Hüseynzadə/

"Yeni dalğa" prodüsser mərkəzi özünün yeni layihələrini təqdim etməyə hazırlaşır. Bu haqda "TrendLife"-a mərəkəzin direktoru Rasim Həsənov xəbər verib. Onun sözlərinə görə, bu yaxınlarda dörd yeni layihəni Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəcəklər. Həsənov həmçinin, iki xarici festivalda avropalı prodüsserlər önündə öz layihələrini müdafiə edəcək. Festivalın biri oktyabrın sonunda Antaliyada, digəri isə,noyabrın əvvəlində Gürcüstanda keçiriləcək. Onu da qeyd edək ki, Həsənov layihələrarasında apostol Varfolomey haqqında yeni sənədli filmin təqdimatına hazırlaşır. Bu da əcnəbi prodüsserlərin marağına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti