...

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib (ƏLAVƏ OLUNUB)

İdman Materials 14 Mart 2012 17:57 (UTC +04:00)
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib (ƏLAVƏ OLUNUB)

"Bakı" - AZAL və "İnter" - "Xəzər Lənkəran" matçları haqqında məlumat əlavə olunub (ilk xəbər saat 16:05-də yayılıb)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.

Trend-in məlumatına görə, Gəncənin "Kəpəz" klubu paytaxtın "Neftçi" komandasını qəbul edib. 28-ci dəqiqədə Denis Silva paytaxt təmsilçilərini hesabda irəli çıxarıb. 84-cü dəqiqədə Elşən Abdullayev hesabı 0:2-yə çatdırıb. Gəncəlilər bu qollardan yalnız birinin əvəzini çıxa biliblər (Yuri Fomenko, 87).

Bu azmış kimi, "Kəpəz" in heyətində Nikolay Svejentsev 93-cü dəqiqədə qırmızı vərəqə alıb.

"Qəbələ" - "Qarabağ" matçında isə 2:2-lik bərabərlik qeydə alınıb. Qollar: Viktor Mendi, 41. Luiz Paulo Hilario, 66 - Rauf Əliyev, 46. Muarem Muarem, 90.

Paytaxt derbisində isə "Bakı" AZAL-la qarşılaşıb. "Bakı" çətinlik çəkmədən rəqibini üstələyə bilib. Qollar: Aleksandr Soliç, 27. Deyvidas Çesnauskis, 59. Serxio Kontreras, 63 - Şəhriyar Rəhimov, 68.

Ötənilki finalçıların - "İnter" və "Xəzər Lənkəran" - görüşü isə bol qol ilə yadda qalıb.

"İnter" 39-cu dəqiqədə Nizami Hacıyevin qolu ilə önə keçsə də, sonradan qapısında iki top görüb (Elnur Abdullayev, 47. Randall Brenes, 57). Lakin 78-ci dəqiqədə Enyo Krastovçevin və oyunun bitməsinə 3 dəqiqə qalmış Girts Karlsonsun penalti zərbəsindən vurduğu qollar yekunda İnter"ə 3:2 hesabı ilə qələbə gətirib.

Xəbər lenti

Xəbər lenti