...

"İnter" futbol klubunda daha bir təyinat baş tutub

İdman Materials 11 İyun 2012 17:20 (UTC +04:00)
"İnter" futbol klubunda daha bir təyinat baş tutub. Bundan sonra komandada yeni məşqçi işləyəcək.
"İnter" futbol klubunda daha bir təyinat baş tutub

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Bakının "İnter" futbol klubunda daha bir təyinat baş tutub. Bundan sonra komandada yeni məşqçi işləyəcək.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, bu, 54 yaşlı Zaur Svanadzedir. Xatırladaq ki, gürcüstanlı mütəxəssis artıq 2009-cu ildə "İnter"də baş məşqçinin köməkçisi vəzifəsinin icrasına başlamalı idi, lakin sonda onun kluba təyinatı baş tutmayıb.

Futbolçu karyerası ərzində Svanadze Kutaisi şəhərinin "Torpedo", Tbilisi şəhərinin "Dinamo", İsveçin "Holmsund" və "Motala" klublarında çıxış edib. O, İsveçdə məşqçi kimi də çalışıb. Zaur Svanadze Tbilisi "Lokomotiv"ində həm köməkçi, həm də baş məşqçi vəsifələrində fəaliyyət göstərib. "Dinamo" klubunda futbol akademiyasına və əsas komandaya rəhbərlik edib. Vətənində aşağı yaş qruplardan ibarət yığmalarda da çalışıb. U-19-un baş məşqçisi olub, U-21-də köməkçi məşqçi vəsifəsində çalışıb. Daha sonra Gürcüstanın əsas yığmasında köməkçi məşqçi olub.

Qeyd edək ki, bundan əvvəl "İnter"in baş məşqçinin köməkçisi vəsifəsində hazırda "Simurq" klubunda baş məşqçi işləyən Georgi Çixradze çalışıb.

Bundan əvvəl isə "İnter"də gürcüstanlı mütəxəssis Aleksandr Rexviaşvili məşqçi-seleksiyaçı vəzifəsinə təyin olunub.

Xəbər lenti

Xəbər lenti