...

Kanada və Çin yığmaları Bakıda yoldaşlıq oyunu keçirəcək

İdman Materials 27 İyul 2012 18:07 (UTC +04:00)
Bu il sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək Kanada və Çin yığmaları turnirə hazırlıq məqsədilə Bakıda yoldaşlıq oyunu keçirmək arzusunda olduqları ilə bağlı AFFA-ya müraciət ediblər.
Kanada və Çin yığmaları Bakıda yoldaşlıq oyunu keçirəcək

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Bu il sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək Kanada və Çin yığmaları turnirə hazırlıq məqsədilə Bakıda yoldaşlıq oyunu keçirmək arzusunda olduqları ilə bağlı AFFA-ya müraciət ediblər.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, beləliklə, sentyabrın 17-də Bakı şəhərində 17 yaşadək qızlardan ibarət Kanada və Çin yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Qeyd edək ki, Kanada yığması DÇ-2012-də yığmamızla bərabər A qrupunda, Çin komandası isə D qrupunda mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti