...

Azərbaycan London Olimpiadasında ilk medalını qazandı

İdman Materials 30 İyul 2012 00:58 (UTC +04:00)
Bu gün XXX London Yay Olimpiadasında ağırlıqqaldırma yarışları başa çatdı. İkinci yarış günü Azərbaycan yığması ilk medalını qazandı.
Azərbaycan London Olimpiadasında ilk medalını qazandı

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Bu gün XXX London Yay Olimpiadasında ağırlıqqaldırma yarışları başa çatdı. İkinci yarış günü Azərbaycan yığması ilk medalını qazandı.

Trend-in məlumatına görə, turnirin ikinci günündə çıxış edən Azərbaycan atleti Valentin Xristov toplam 286 kilo qaldıraraq bürünc medal qazandı.

Birinci yeri 293 kq nəticə göstərən şimali koreyalı Om Yun Çol göstərib. Gümüş medal isə çinli Jinqbaoya qismət olub - 289 kq.

Qeyd edək ki, milliləşən bolqar atlet 56 kq-da yarışan idmançılar arasında əsas favoritlərdən hesab olunurdu. Elə Azərbaycan millisinin də medal qazanmağa əsas namizədlərindən biri idi.

Xəbər lenti

Xəbər lenti