Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
Bu gün Moskvadakı "Lujniki" stadionunda Rusiya və Azərbaycanın futbol veteranlarından ibarət yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Trend AFFAnın rəsmi saytına istinadən məlumat verir ki, qarşılaşma 2:0 hesabı ilə rusiyalı futbol veteranlarının xeyrinə başa çatıb.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 20:00-da "Lujniki" stadionunda Rusiya və Azərbaycan milli komandaları qarşılaşacaq.