Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində millimiz bu gün növbəti oyunu keçirib.
Trend-in məlumatına görə, komandamız Xorvatiya yığması ilə qarşılaşıb. Oyunda ilk qol millimizdən gəlsə də, sonda nəticə acınacaqlı olub - 1:7.
Qeyd edək ki, ilk görüşdə İslandiyaya 1:2 hesabı ilə məğlub olan Azərbaycan yığması ikinci matçında Gürcüstanla 1:1 bərabərə qalmışdı.