...

"Xəzər Lənkəran"a yeni baş məşqçi təyin olundu

İdman Materials 14 Noyabr 2012 15:57 (UTC +04:00)
"Xəzər Lənkəran" futbol klubuna yeni baş məşqçi təyin olunub.
"Xəzər Lənkəran"a yeni baş məşqçi təyin olundu

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

"Xəzər Lənkəran" futbol klubuna yeni baş məşqçi təyin olunub.

Trend-in məlumatına görə, bu, 39 yaşlı ispan mütəxəssis Karles Martorel Bakesdir.

Qeyd edək ki, Martorel "Barselona" futbol klubunda məşqçilik metodologiyası üzrə master dərəcəsi və FIFA PRO A məşqçi lisenziyasına (İspaniya Futbol Liqasında məşqçi işləmək üçün ən yüksək dərəcə) malikdir.

Eyni zamanda, Bakes peşəkar karyerasında "Barselona" futbol klubu nəzdində məşqçi-direktor kimi fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti