Azərbaycan, Bakı, 6 dekabr /Trend/
"Barselona"nın baş məşqçisi Tito Vilanova klubun forvardı Lionel Messinin Çempionlar Liqasının qrup mərhələsində "Benfika"ya qarşı keçirilən oyunda aldığı zədədən danışıb. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.
"Messinin zədəsi ciddi deyil. Bu o deməkdir ki, forvard yaşıl meydandan çox da uzaq qalmayacaq", - Vilanova qeyd edib.
Baş məşqçi bildirib ki, o, bazar günü "Betis"ə qarşı oynamasa belə, qorxulu bir şey yoxdur.
"Müllerin rekordu? Messidən başqa hamı bu barədə danışır. Əgər o, fikrini buna cəmləsəydi, çoxdan bu rekorda imza atmışdı", - Vilanova deyib.