Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Bu gün Milanda Avropa Liqasının qrup mərhələsinin sonuncu, altıncı turu çərçivəsində yerli "İnter" ilə "Neftçi" arasında matç baş tutub.
17-ci dəqiqədə "İnter"in hücumçusu Livaya hesabı açıb (1-0). 52-ci dəqiqədə isə Rəşad Sadiqov hesabı bərabələşdirib (1-1), lakin iki dəqiqədən sonra Livaya yenə öz komandısını önə çıxardıb (2-1). Oyunun əsas vaxtının başa çatmasına bir dəqiqə qalmış Kanalesin qolu yenə komandalar arasında hesabı bərabərləşdirdi (2-2).
Beləliklə, "Neftçi" qrupda üçüncü pilləyə qalxaraq Avropa Liqasında mübarizəni başa vurub .
Video Player