...

"Baku Fires" - Rusiya: Heyətlər məlumdur

İdman Materials 22 Yanvar 2013 19:51 (UTC +04:00)
Yanvarın 26-da Ümumdünya Boks Seriyasının (WSB) III turundan təxirə salınan görüşdə Azərbaycanın “Baku Fires” klubu Bakıda Rusiya komandası ilə qarşılaşacaq.
"Baku Fires" - Rusiya: Heyətlər məlumdur

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Yanvarın 26-da Ümumdünya Boks Seriyasının (WSB) III turundan təxirə salınan görüşdə Azərbaycanın "Baku Fires" klubu Bakıda Rusiya komandası ilə qarşılaşacaq.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, bu görüş Rusiya paytaxtında keçirilməli olsa da, qarşılıqlı razılığa əsasən matç Bakıda baş tutacaq. Komandaların heyətləri artıq məlumdur:

Baku Fires - Rusiya

54 kq. Qairbek Qermaxanov (Azərbaycan) - Məhəmməd Şeyxov (Rusiya)
61 kq. Xurşid Tocibayev (Özbəkistan) - Viktor Batalov (Rusiya)
73 kq. Jaba Xositaşvili (Gürcüstan) - Qamzat Qazəliyev (Rusiya)
85 kq. İaqo Kiziria (Gürcüstan) - Aleksandr Xotyantsev (Rusiya)
+91 kq. Məhəmmədrəsul Məcidov (Azərbaycan) - Vitali Kuduxov (Rusiya)

Qonaq komandanın heyətində ən təcrübəli boksçulardan biri Qamzat Qazəliyevdir. Xositaşvilinin rəqibi olacaq boksçu 2005-ci ildə yeniyetmələr arasında Avropa çempionu olub. 2010-cu ildə Rusiya çempionatında gümüş mükafat alan idmançı, 1 il sonra Neft Ölkələrinin Dünya Kubokunda 2-ci olub.

Dünya çempionumuz, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu mövsüm WSB liqasında ikinci döyüşünü keçirəcək. Həmyerlimiz Rusiya komandasının təcrübəli üzvü Vitali Kuduxovla üz-üzə gələcək. Kuduxov 2006-ci ildə yeniyetmələr arasında dünya, 1 il sonra isə Avropa çempionu olub. Kuduxov ötən il Rusiya çempionatında 3-cü yeri tutub. Rusiyalı boksçu WSB liqasında keçirdiyi 7 görüşün 5-də qalib gəlib.

Komandamızın heyətində bu mövsüm Xurşid Tocibayev və İaqo Kiziria ilk döyüşlərini keçirəcəklər. 2008-ci ildə Pekin olimpiadasının iştirakçısı olan Tocibayev ötən mövsüm "Mexico Guerreros" klubunun heyətində 3 döyüşün ikisində qalib gəlib.

Qonaqlarda isə Viktor Batalov və Qamzat Qazəliyev debüt edəcəklər.

Turnir cədvəli:

1. Baku Fires - 15 (5 görüş)
2. Mexico Guerreros - 13 (6)
3. Poland Hussars - 9 (6)
4. Argentina Condors - 7 (5)
5. Rusiya - 4 (3)
6. Desert Hawks - 3 (5)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti