...

Messi yeni rekord müəyyənləşdirdi

İdman Materials 28 Yanvar 2013 10:46 (UTC +04:00)
"Barselona"nın argentinalı hücumçusu Lionel Messi daha bir rekorda imza atıb.
Messi yeni rekord müəyyənləşdirdi

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

"Barselona"nın argentinalı hücumçusu Lionel Messi daha bir rekorda imza atıb.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Messi İspaniya çempionatında ardıcıl 11 oyunda qol vuran ilk futbolçudur.

Dünən ölkə çempionatının son turunda katalonlar "Osasuna"ya 5:1 hesabı ilə qalib gəliblər. Messi bu oyunda poker edib.

Beləliklə argentinalının İspaniya çempionatında vurduğu qolların sayı 201-ə çatıb.

Qeyd edək ki, Messi komandasının "Osasuna"ya qarşı keçirdiyi 14 oyunun 13-də meydandan qolla ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti