...

"Simurq" mükafatçılar sırasına düşməyə can atır

İdman Materials 3 May 2013 20:00 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının 29-cu turuna start verilib.
"Simurq" mükafatçılar sırasına düşməyə can atır

Azərbaycan, Bakı, 3 may /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının 29-cu turuna start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub. Lənkəran şəhər mərkəzi stadionunda keçirilən "Xəzər Lənkəran" - "Kəpəz" matçında hesab açılmayıb - 0:0.

Mükafatçılar sırasına düşməyə can atan "Simurq" isə "Qəbələ"ni qəbul edib. Nicat Qurbanovun 54 və 68-ci dəqiqələrdə vurduğu qollarla zaqatalalılar vacib qələbə qazanıblar (2:0).

"Turan" - AZAL qarşılaşmasında isə təyyarəçilər 2:0 hesabı ilə qalib gəliblər.

Turun digər pyunları sabah keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti