...

"Tour d`Azerbaidjan" yarışmasının dördüncü mərhələsinin qalibi müəyyənləşib (FOTO)

İdman Materials 4 May 2013 14:08 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" yarışmasının dördüncü mərhələsi şənbə günü sona çatıb.
"Tour d`Azerbaidjan" yarışmasının dördüncü mərhələsinin qalibi müəyyənləşib (FOTO)

Azərbaycan, Bakı, 4 may / Trend müxbir C.Ələkpərov/

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" yarışmasının dördüncü mərhələsi şənbə günü sona çatıb.

Yarış iştirakçıları yenidən Qəbələdən start götürüb İsmayıllı rayonundan keçməklə Şamaxı şəhəri istiqamətində hərəkət ediblər. İdmançılar 116 kilometr qət edib, dəniz səviyyəsindən təxminən 1459 m hündürlüyü olan dağlarda, Pirqulu rəsədxanasının yaxınlığında yerləşən Azərbaycan Vergilər Nazirliyinin Tədris Mərkəzinin binasının qarşısında finiş xəttini keçiblər.

Dördüncü mərhələnin qalibi Lüksemburqun "Leopard-Trek Continental Team" klubunun velosipedçisi Yan Xirt olub. Finiş xəttini ilk keçən idmançının ardından ikinci yerə - "Synegrgy Baku" klubunun idmançısı Konor Makkonvi çıxıb. Üçüncü yerin sahibi isə İspaniyanın "National Team Spain" klubunun velosipedçisi Rubio Fernandes Dieqo olub.

Qeyd edək ki, digərlərilə müqayisədə dördüncü mərhələ ən çətin mərhələlərdən idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti