...

"Xəzər Lənkəran" tarixində ilk dəfə Superkuboka sahib çıxdı

İdman Materials 23 Oktyabr 2013 17:00 (UTC +04:00)
Bu gün Azərbaycan Superkubokunun qalibi məlum olub.
"Xəzər Lənkəran" tarixində ilk dəfə Superkuboka sahib çıxdı

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Bu gün Azərbaycan Superkubokunun qalibi məlum olub.

Trend-in məlumatına görə, Naxçıvanda keçirilən həlledici oyunda "Xəzər Lənkəran" və "Neftçi" klubları qarşılaşıblar.

27-ci dəqiqədə Etame Mbilla lənkəranlıları hesabda önə çıxarıb. 68-ci dəqiqədə bakılılar hesaba tarazlıq gətiriblər - Karlos Kardoso fərqlənib.

Sadio Tounkaranın 64-cü dəqiqədə qırmızı vərəqə alması ilə "Xəzər Lənkəran"ın azlıqda qalmasına baxmayaraq, əsas vaxtın sonuna 1 dəqiqə qalmış Rasim Ramaldanov cənub təmsilçisinə qələbə qazandıran topu vura bilib - 2:1.

Beləliklə, "Xəzər Lənkəran" tarixində ilk dəfə Azərbaycan Superkubokunu qazanıb.

Xatırladaq ki, Superkubok oyunu sonuncu dəfə 1995-ci ildə keçirilmişdi. Həmin oyunda "Neftçi" "Turan"ı məğlub edərək Superkuboka sahib çıxmışdı. Bu mükafatı iki dəfə "Neftçi", bir dəfə isə "Qarabağ" qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti