...

Azərbaycanın fiqurlu konkisürənləri Soçi olimpiadasını 12-ci yerdə tamamlayıblar (ƏLAVƏ OLUNUB)

İdman Materials 17 Fevral 2014 22:21 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:20-də yayılıb)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürənlər arasında sərbəst proqramla çıxış yarışları başa çatıb.

Trend-in məlumatına görə, 20 cütlüyün birincilik uğrunda mübarizə apardığı yarışda 8-ci nömrə altında çıxış edən Azərbaycan idmançıları Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 90,48 xal toplayıblar və ümumi nəticə ilə (148,63) 12-ci yeri tutub.

İlk yeri qısa proqramın qalibi 116,63 xalla və ümumi nəticə ilə (195,52) ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü tutub.

Qeyd edək ki, fevralın 16-da keçirilmiş qısa proqramla çıxış yarışlarında 24 cütlüyün mübarizə apardığı yarışda 58,15 xal toplayan Yuliya Zlobina - Aleksey Sitnikov dueti 14-cü pillədə qərarlaşmışdı.

Qısa proqramın qalibi 78,89 xalla ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü olub. Kanadalı Tessa Virtue - Skott Moyr cütlüyü 76,33 xalla ikinci, Rusiya təmsilçiləri Yelena İlyinıx - Nikita Katsalapov cütlüyü isə 73,04 xalla üçüncü yeri tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti