...

"Formula-1" yarışının mərhələlərindən birinin Bakıda keçirilməsi barədə saziş imzalandı (ƏLAVƏ OLUNUB)

İdman Materials 30 Aprel 2014 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

2016-cı ildə "Formula-1" yarışının "Qran-pri" mərhələlərindən birinin Bakıda keçirilməsi haqqında rəsmi saziş imzalanıb. Bu barədə Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Bakıda keçiriləcək yarışın "Qran-pri Avropa" adlanacağı gözlənilir. Yarış Bakıda I Avropa Oyunlarından bir il sonra, yəni 2016-cı ildə keçiriləcək.

Azərbaycan keçmiş SSRİ-də Rusiyadan sonra "Formula-1" yarışının "Qran-pri" mərhələsini keçirəcək ikinci ölkə olacaq.

Yarış Bakının küçələrində keçiriləcək.

Saziş Bakıda "Formula-1"-in prezidenti Berni Ekklstoun ilə imzalanıb.

Qeyd edək ki, çempionatın təqvimi 19 mərhələdən ibarətdir. Gələcəkdə onun 22 mərhələyədək artırılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti