Azərbaycan, Bakı, 16 may /Trend/
"Xəzər Lənkəran" baş məşqçisi Mustafa Dənizlini istefaya göndərib.
Trend-in klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün "Xəzər Lənkəran" Futbol Klubunun prezidenti Mais Mənsimov və M.Dənizli arasında görüş keçirilib.
Görüşdə komandanın durumu barədə müzakirələr aparılıb və yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşma əldə olunub.
Qeyd edək ki, Dənizli ötən ilin dekabr ayında Lənkəran təmsilçisi ilə 1.5 illik müqavilə imzalamışdı.