...

Avropa Yüngül Atletika Assosiasiyası Bakıda keçirilmiş EYOT-u yüksək qiymətləndirir (FOTO)

İdman Materials 4 İyun 2014 09:35 (UTC +04:00)
Avropa Yüngül Atletika Assosiasiyası atletika üzrə yeniyetmələr arasında Avropa təsnifat yarışlarının (EYOT) təşkil olunmasını yüksək qiymətləndirib. Assosiasiya Bakı 2015 Avropa Oyunlarında yüngül atletika yarışlarının keçiriləcəyini səbrsizliklə gözləyir.
Avropa Yüngül Atletika Assosiasiyası Bakıda keçirilmiş EYOT-u yüksək qiymətləndirir (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Avropa Yüngül Atletika Assosiasiyası atletika üzrə yeniyetmələr arasında Avropa təsnifat yarışlarının (EYOT) təşkil olunmasını yüksək qiymətləndirib. Assosiasiya Bakı 2015 Avropa Oyunlarında yüngül atletika yarışlarının keçiriləcəyini səbrsizliklə gözləyir.

Trend-in məlumatına görə, Avropa Yüngül Atletika Assosiasiyasının birinci vitse-prezidenti Xose Luis de Karlos 30 may - 1 iyun tarixlərində Bakıda Tofiq Bəhramov stadionunda keçirilmiş üç günlük idman tədbirinin "yüksək səviyyədə təşkil olunduğunu" qeyd edib.

36 idman yarışlarında mübarizə aparan Avropanın ən yaxşı gənc idmançılarından ibarət 678 nəfərin iştirak etdiyi idman tədbiri Azərbaycanda yüngül atletika üzrə keçirilmiş ilk beynəlxalq yarış və gələn ilin 12 iyun tarixində başlanacaq Bakı 2015 Avropa Oyunlarından qabaq keçirilmiş ilk sınaq yarışları olub.

Luis de Karlos deyib: "Avropa Yüngül Atletika Assosiasiyasının azərbaycanlı dostlarının həyata keçirdiyi yüksək təşkilatçılıq səviyyəsinə görə özümü xoşbəxt hiss edirəm və bu bizdə gözəl təəsüratlar yaradır.

Tədbirin təşkili üçün Azərbaycan Atletika Federasiyasına çox qısa vaxt verilmişdi, ancaq onlar işlərinin öhdəsindən çox gözəl gəldilər. İndi isə Avropa Oyunlarının bir hissəsi kimi Yüngül Atletika üzrə Komanda birinciliyi uğrunda Avropa Çempionatlığının 3-cü Liqasının müvəffəqiyyətlə həyata keçirilməsində sizinlə birgə çalışmağı səbrsizliklə gözləyirik".

EYOT oyunlar zamanı yerinə yetirilməli olacaq bir neçə funksiyaları, o cümlədən nəqliyyat əməliyyatları, təhlükəsizlik, kənd və qida xidmətləri kimi funsksiyaları sınaqdan keçirməsi üçün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinə (BEGOC) imkan yaradıb. Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bunun dəyərli fürsət olduğunu vurğulayıb: "Mən cənab de Karlosun təşkilatçılığı yüksək qiymətləndirməsindən şadam və bu cür yarışlara ev sahibliyi etməkdə həm Azərbaycan Atletika Federasiyasına (AAF), həm də BEGOC-a imkan yaratdığı üçün Avropa Yüngül Atletika Assosiasiyasına təşəkkürümü bildirmək istərdim. AAF ilə birgə çalışaraq biz bütün idmançıların və hakimlərin zövq alacağı müstəsna tədbir təşkil etdik. İlk sınaq yarışlarının uğurla keçirilməsi bütün kontinentin fəxr duyacağı Avropa Oyunlarının həyata keçirilməsində mühüm mərhələdir. Xüsusilə, 4 aylıq gərgin məşqlərdən sonra belə bir gözəl idman tədbirini həyata keçirən Azərbaycanın bütün 166 nəfər Texniki Rəsmilərinin də göstərdiyi töhfəni etiraf etmək istəyirəm".

İdman tədbirinin uğuru azərbaycanlı idmançı Nazim Babayevin bazar günü keçirilmiş oğlanlar arasında üç qat tullanma yarışı üzrə 16,14 metr məsafəyə tullanmaqla qızıl medal qazanmasında özünü göstərib.

Bundan əvvəl isə şənbə günü qızlar arasında 3000 metr məsafəyə qaçış üzrə final yarışlarında Behafeta Hadiyes gümüş medala layiq görülmüş və Azərbaycanın yüngül atletika yarışlarını uğurla başa vurmasını təmin edib.

AAF-ın prezidenti Çingiz Hüseynzadə deyib: "Azərbaycanın yeniyetmələr arasında Avropa təsnifat yarışlarına ev sahibliyi etməsi bizim üçün fəxrdir və bu cür heyrətamiz uğur əldə etmək üçün yerli Təşkilat Komitəsində hər kəsin göstərdiyi səylərdən şərəf hissi duyuram. Biz bütün idmançıları və komanda rəsmilərini Azərbaycanda qarşılamaqdan tamamilə zövq aldıq və onların hamısına gələcəkdə Gənclər arasında keçiriləcək Olimpiya Oyunlarında şöhrət qazanmaları üçün göstərəcəkləri cəhddə uğurlar arzulayırıq".

Yarış müddətində ümumilikdə 931 nəfər idmançı və komanda rəsmiləri yeni tikilmiş Atletlər Kəndində qalıb ki, bu da Kəndin ilk dəfə olaraq operativ fəaliyyət qabiliyyəti baxımından testdən keçirilməsinə şərait yaradıb.

28 may tarixindən 2 iyun tarixinədək idmançılara və komanda rəsmilərinə ümumilikdə 12,800 yemək xidməti və Atletlər Kəndi ilə Tofiq Bəhramov stadionu arasında 469 avtobus nəqliyyatı xidməti göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti