...

Azərbaycan təmsilçisi kartinq üzrə Bolqarıstan açıq çempionatında 3-cü yer tutub (FOTO)

İdman Materials 9 İyun 2014 15:19 (UTC +04:00)
Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev kartinq üzrə 2014-cü il Bolqarıstan açıq çempionatında 3-cü yer tutub.
Azərbaycan təmsilçisi kartinq üzrə Bolqarıstan açıq çempionatında 3-cü yer tutub (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev kartinq üzrə 2014-cü il Bolqarıstan açıq çempionatında 3-cü yer tutub.

Azərbaycan Avtomobil Federasiyasından Trend-ə verilən məlumata görə, "DD2" kateqoriyasında çıxış edən kartinqçimizin iyunun 8-də Köstəndil şəhərində keçirilən final mərhələsində ən sürətli dövrəsi 46,824 saniyə olub. Yarış ümumilikdə 12 dövrədən ibarət idi. Təmsilçimiz 12 yarış dövriyyəsində 9 dəqiqə 30 saniyə ilə nəticə əldə edib.

Qeyd edək ki, 17 yaşlı G.Abdullayev kartinq üzrə Bolqarıstan çempionatının 2014-cü ilin may ayında Yunanıstanın Seres şəhərində keçirilmiş ilk mərhələsində 3-cü yeri tutmuşdu. İyunun 7-də isə Bolqarıstanın Köstəndil şəhərində təsnifat mərhələsində uğurlu nəticə göstərərək final mərhələsinə adlamışdı. Finalda onun rəqibləri Bolqarıstandan olan Simeon Simeonov, Vasil Kolarov, İvaylo Donçev idi. Çempionatda 1-ci yeri Simeon Simeonov, 2-ci yeri isə Vasil Kolarov tutub.

Xatırladaq ki, bu, G.Abdullayevin "DD2" kateqoriyasında ilk çıxışı idi.

G.Abdullayev kartinq üzrə Azərbaycan və Türkiyə çempionu olub. 2013-cü ilin noyabrında ABŞ-ın Nyu-Orlean şəhərində keçirilmiş "Rotax Max Challenge Grand Finals" dünya çempionatında iştirak edərək bu avtoyarışda ilk dəfə Azərbaycanın bayrağını yüksəldib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti