Azərbaycan, Bakı, 26 avqust /Trend/
Avqustun 25-də Türkiyə Superkuboku uğrunda oyun keçirilib. Kubok uğrunda "Fənərbağça" və "Qalatasaray" komandaları mübarizə aparıblar.
Trend-in məlumatına görə, Manisada keçirilən görüşün əsas və əlavə vaxtında komandalar fərqlənə bilməyiblər.
Oyunsonrası penalti zərbələrində isə "Fənərbağça" futbolçuları daha dəqiq olublar.
Bununla da son çempion "Fənərbağça" Superkuboka sahib çıxıb.