...

"Neftçi" azarkeşlərinə səsləndi: Təxribata uymayın!

İdman Materials 28 Avqust 2014 19:34 (UTC +04:00)
"Neftçi" futbol klubunun rəhbərliyi azarkeşlərdən xahiş edir ki, baş verə biləcək hər hansı təxribata uymasınlar.
"Neftçi" azarkeşlərinə səsləndi: Təxribata uymayın!

Azərbaycan, Bakı, 28 avqust /Trend/

"Neftçi" azarkeşlərinə müraciət edib.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, bu gün UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" - "Partizan" oyunu keçiriləcək. "Neftçi" futbol klubunun rəhbərliyi azarkeşlərdən xahiş edir ki, baş verə biləcək hər hansı təxribata uymasınlar.

Xatırladaq ki, UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Neftçi" - "Çixura" (Gürcüstan) matçında qonaq komandanın azarkeşləri tərəfindən törədilən təxribat xarakterli halların qarşısı iki dost ölkənin və iki klubun birgə əməyi və səyi nəticəsində alınıb.

UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində Serbiyada təşkil olunmuş "Partizan" - "Neftçi" oyunundan sonra da baş verənlər növbəti təxribatın yaşanmasına zəmin yarada bilər.

"Neftçi" bir daha azarkeşlərin diqqətinə çatdırır ki, bugünkü matçda təxribata uymasınlar və komandamızı sona qədər dəstəkləsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti