Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin "Qalatasaray" futbol klubuna sponsorluq edəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
ARDNŞ-dən Trend-ə bildiriblər ki, yayılan xəbərlər həqiqətə uyğun deyil.
Qeyd edək ki, Türkiyənin "Sabah" qəzeti ARDNŞ "Qalatarasaray" klubuna sponsorluq edəcəyi barədə məlumat yaymışdı.