...

Bakı 2015 Avropa Oyunlarında ən çox üzvlə Azərbaycanın komandası iştirak edəcək

İdman Materials 29 Dekabr 2014 15:54 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunlarında ən böyük komanda Azərbaycanın komandası olacaq.
Bakı 2015 Avropa Oyunlarında ən çox üzvlə Azərbaycanın komandası iştirak edəcək

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Bakı 2015 Avropa Oyunlarında ən böyük komanda Azərbaycanın komandası olacaq. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, Azərbaycan Bakı 2015 Avropa Oyunlarına ev sahibliyi edir: "Ona görə də bizim haqqımız var ki, hər bir kateqoriyada idmançılarımızı təqdim edək. Mən belə düşünürəm ki, Azərbaycandan 320-330-a qədər idmançı iştirak edəcək. Biz ancaq idmançılarımız olmayan kateqoriyalar üzrə iştirak etməyəcəyik. Biz bütün idmançılarımızı səfərbər edib çalışacağıq ki, onlar yarışlarda iştirak etsinlər. Yəni ki, yarışlarda ən böyük komanda Azərbaycanın komandası olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti