...

Güləşçilərimiz Dağıstan turnirində bir qızıl medal qazandı

İdman Materials 6 İyul 2015 11:33
Güləşçilərimiz Dağıstanda keçirilən turnirdə 1 qızıl medal qazanıb.
Güləşçilərimiz Dağıstan turnirində bir qızıl medal qazandı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İlkin İzzət/

Güləşçilərimiz Dağıstanda keçirilən turnirdə 1 qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.

Turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri 1 qızıl medal qazanıb.

Qızıl medalı yığmamıza 65 kq çəki dərəcəsində mübarizə aparan gənc güləşçimiz Coşqun Əzimov qazandırıb. Bütün rəqiblərindən üstün olan Coşqun həlledici görüşdə Rusiya təmsilçisi Əlibəyhacı Əmiyevə də qalib gəlib və turnirin qızıl medalına sahib olub.

Ruslan Qasımov (57 kq), Ağahüseyn Mustafayev, Qalib Əliyev (hər ikisi 61 kq) və Məhəmmədhacı Muxutov (74 kq) bürünc medal görüşündə uduzaraq turniri 5-ci sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti