...

Bilet satışı başladı

İdman Materials 14 Noyabr 2015 17:56 (UTC +04:00)
VIP sektorlara biletlərin qiyməti 10 AZN, digər yerlərə isə 1 AZN-dir.
Bilet satışı başladı

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Noyabrın 17-də Bakıda Azərbaycan və Moldova milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, bu gündən etibarən oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda da bilet satışı başlayıb.

Biletləri, həmçinin 28 Mall Alış-Veriş Mərkəzindən, Bakcell Sahil müştəri xidmətlərindən və "Bakcell Arena"nın kassalarından, eləcə də www.tickets.affa.az ünvanından əldə etmək olar.

VIP sektorlara biletlərin qiyməti 10 AZN, digər yerlərə isə 1 AZN-dir.

Xəbər lenti

Xəbər lenti