...

Bədii gimnastika üzrə XXIII Azərbaycan çempionatına start verilib (FOTO)

İdman Materials 13 May 2016 13:51 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXIII Azərbaycan çempionatına start verilib.
Bədii gimnastika üzrə XXIII Azərbaycan çempionatına start verilib (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXIII Azərbaycan çempionatına start verilib.

Trend-in məlumatına görə, bu gün yeniyetmə yaş qrupunda (2001-2003-cü il təvəllüdlü) və böyüklər arasında (2000-ci il təvəllüdlülər və daha böyüklər) yarışlar keçiriləcək.

23-cü Azərbaycan çempionatında Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Ocaq Sport" klubu, "Spartak", "Sərhədçi", o cümlədən Gəncə və Kürdəmiri təmsil edən 21 gimnast həm böyüklər (2000-ci il təvəllüdlülər və daha böyüklər), həm də yeniyetmələr (2001-2003-cü il təvəllüdlülər) proqramı ilə çıxış edəcək.

Böyük gimnastlar çoxnövçülükdə (halqa, top, gürzlər, lent), yeniyetmələr isə həm də ayrı-ayrı növlər üzrə finallarda (ip, halqa, top, gürzlər) medallar uğrunda öz güclərini sınayacaqlar.

Hazırkı yarış ölkə çempionatı reqlamentində qeyd olunan yaş kateqoriyalarında iştirakçı sayının artması ilə fərqlənir. Bu da bədii gimnastikaya olan marağın və yüksək inkişaf səviyyəsinin göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti