...

Millimizdə yeni məşqçi (FOTO)

İdman Materials 24 İyun 2016 14:41 (UTC +04:00)
Millinin məşqçisi vəzifəsi Biro Jadeyə həvalə olunub
Millimizdə yeni məşqçi (FOTO)

Bakı. Trend:

Futzal üzrə milli komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsi Biro Jadeyə həvalə olunub. Bu barədə Trend AFFA-nın saytına istinadən məlumat verir.

AFFA-nın inzibati binasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mikayıl Nərimanoğlu, futzal üzrə milli komandanın baş məşqçisi Milton Luiz Ziller Junior və məşqçi B.Jadenin iştirakı ilə görüş keçirilib.

Görüşdə yığma komandanın hazırkı vəziyyəti, dünya çempionatının final mərhələsinə hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti