...

Azərbaycan cüdoçuları beynəlxalq turnirdən yüksək nailiyyətlərlə qayıdıblar (FOTO)

İdman Materials 12 Oktyabr 2016 15:38 (UTC +04:00)
Azərbaycan idmançıları Ukraynada yeniyetmələr arasında keçirilən cüdo üzrə beynəlxalq turnirdə yüksək nailiyyətlər əldə ediblər.
Azərbaycan cüdoçuları beynəlxalq turnirdən yüksək nailiyyətlərlə qayıdıblar  (FOTO)

Bakı. Trend:

Azərbaycan idmançıları Ukraynada yeniyetmələr arasında keçirilən cüdo üzrə beynəlxalq turnirdə yüksək nailiyyətlər əldə ediblər.

Trend-in məlumatına görə, Ukraynanın Ujqorod şəhərində yeniyetmələr arasında cüdo üzrə beynəlxal turnir keçirilib. 8 ölkədən 350 idmançının qatıldlğı beynəlxalq turnirdə ölkəmizi Nizami rayonundakı 13 saylı Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirmələri təmsil edib. 3 gün davam edən idman yarışında 10 idmançımızdan 4-ü qalib gələrək, 25 komanda arasında 3-cü yerdə qərar tutublar. Gərgin keçən yarışda idmançılarımızdan Sabir İsmayılov (66 kq çəkidə) və Fuad Nəbiyev (50 kq çəkidə) qızıl , Xəyal Abdullayev (55 kq chəkidə) və Fazil Eyyubov (66 kq chəkidə) bürünc medala sahib olublar.

Beynəlxalq turnirdə yüksək nailiyyətlər əldə edən idmançılarımız ümummili lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsini ziyarət edərək, Ulu Öndərin parlaq xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Sonra gənc idmançılarımız Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşüblər. Turnirin qaliblərini təbrik edən səfir A.Xudiyev son illər Azərbaycan idmançılarının beynəlxalq arenada əldə etdiyi yüksək nailiyyətləri Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının məntiqi nəticəsi kimi səciyyələndirib.

Turnirdə iştirak edən idmançılara “Alviroad” şirkəti tərəfindən pul mükafti təqdim olunub.İdmançılara göstərdikləri diqqət və qayğıya görə Azərbaycan səfirliyinin diplomatlarına və “Alviroad” şirkətinin rəhbərliyinə minnətdarlığını bildirən cüdo üzrə idman ustası Məmməd Xudiyev, son illər Azərbaycanın beynəlxalq arenada idman ölkəsi kimi şöhrət qazanmasından fərəh hissi keçirdiklərini bidirib. Bu baxımdan dünyanın hansı ölkəsində çıxış etmələrindən asılı olmayaraq Azərbaycan bayrağını ucaltmağı qarşılarında duran ən ümdə vəzifə hesab etdiklərini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti