Bakı. Trend:
“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.
Trend-in kluba istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” heyətinə Rasim Ramaldanovu qatıb. 31 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
R.Ramaldanov Azərbaycanda “Simurq” (2008-2013), “Xəzər Lənkəran” (2013-2015) və “Sumqayıt”da (2016) çıxış edib. Gürcüstanda legioner həyatı yaşayan R.Ramaldanovun son klubu ötən il formasını geyindiyi “Kolxeti” olub.
2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu ölkəmizin əsas yığmasında 17 oyun keçirib.