...

"Zəfər günləri": İslamiadada qalib gələn idmançılarımızla görüş keçirilib (FOTO)

İdman Materials 19 May 2017 14:46 (UTC +04:00)
“Zəfər günləri” tədbirində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ötən gün qalib gələn idmançılarımızla görüş keçirilib.
"Zəfər günləri": İslamiadada qalib gələn idmançılarımızla görüş keçirilib (FOTO)

Bakı. Zaur Mustafayev - Trend:

“Zəfər günləri” tədbirində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ötən gün qalib gələn idmançılarımızla görüş keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə mayın 18-də idmançılarımızın 9 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazdıqlarını deyib. Bununla da İslamiadada Azərbaycan idmançılarının qazandıqları medalların sayı 116-ya çatıb.

Sonra qalib idmançılara MOK-un xüsusi hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti