...

Formula 1 yarışlarında sıralama turunda 4 pilot yarışı dayandırıb

İdman Materials 24 İyun 2017 17:42 (UTC +04:00)
Bakıda keçirilən Formula 1 yarışlarının sıralama turunda 4 pilot yarışı dayandırıb
Formula 1 yarışlarında sıralama turunda 4 pilot yarışı dayandırıb

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçirilən Formula 1 yarışlarının sıralama turunda 4 pilot yarışı dayandırıb.

Trend-in məlumatına görə, Fernando Alonso, Stoffel Vandorn (hər ikisi Mclaren-Honda), Romen Qrojan (Haas) və Markus Eriksson (Sauber) birinci mərhələnin yekununda son yerləri tutublar.

Hazırda 1:41.983 dəqiqə göstərici ilə Lyuis Hemilton liderdir.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayıb, yekunda pilotların düzülüşü müəyyənləşib. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti